XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“İsti peraşki”, yoxsa xəbərsiz olduğumuz soyuq - Təhlükə?..

“İsti peraşki”, yoxsa xəbərsiz olduğumuz soyuq - Təhlükə?..Metro çıxışlarında, bazarlarda, ticarət obyektlərində, əhalinin sıx olduğu ərazilərdə peraşki, qutab, qoğal kimi açıq qidaların səyyar satışına tez-tez rast gəlirik.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il müxtəlif şəraitlərdə çirklənmiş qidalar səbəbi ilə 600 milyon insan xəstələnir, 420 min insan isə həyatını itirir.

Açıq satılan qidalardakı mikrob və bakteriyalar çox asanlıqla orqanizmə daxil ola bilir, yağda qızardılmış məhsullar isə zamanla şiş xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Ən təhlükəlisi odur ki, bəzi mikroorqanizmlər hətta qidanın keyfiyyətini pozmadan sağlamlığa ziyan vura bilir.

Qida təhlükəsizliyi üzrə ekspert Elçim Bayramlı deyir ki, bu problem bir çox ölkələrdə ciddi fəsadlar yaradıb və əhalinin sağlamlığı üçün təhlükə törədir. Onun sözlərinə görə Azərbaycanda bu problem daha kəskindir: “Səyyar satışda əhaliyə təklif olunan qida məmulatlarının mənşəyi məlum deyil. Bundan başqa, ərzaq məhsullarının tərkibi, hazırlanma qaydaları, saxlanma şəraiti və tempraturu çox ciddi məsələdir. Bunlara riayət edilmədikdə təhlükə reallaşır.

Bu sahəyə nəzarət isə sıfır səviyyəsindədir. Səyyar satıcılar müvafiq orqanların nümayəndələrinə görüm-baxım eləməklə belə məhsulları harda, nə qədər və necə istəsələr satırlar. Bunların içində ən təhlükəlisi isə əhali arasında peraşki deyilən kökələrdir. Onları bizim əhali çox alır, hətta yayın 40 dərəcə qızmarında da alıb yeyirlər. Bu kökələr isə səhərdən axşamadək dəyişmədən eyni yağda qızardılır.

Uzun müddət qaynayan yağda kanserogen maddələr əmələ gəlir, üstəlik ən ucuz yağ alırlar (3-4manatlıq) ki, bu da təhlükəli yağdır. Ümumiyyətlə, heç ev şəraitində təmiz ərzaqdan belə qızartma yemək məsləhət olmadığı halda küçədə təhlükəli, zərərli məhsullardan anti-sanitar şəraitdə hazırlanan qidaları yemək ciddi fəsadlar yarada bilər”.

Ekpsertin fikrincə, təkcə səyyar satışda deyil, hətta bir çox kafe və restoranlarda, fast-fud məntəqələrində belə hazırlanan yeməklərin keyfiyyəti qənaətbəxş deyil: “Müvafiq dövlət orqanları bu sahəyə nəzarət etməyə borcludur”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi sorğumuza cavabında bildirdi ki, qurum mütəmadi olaraq monitorinq və maarifləndirici tədbirlər həyata keçirir. İstehlakçılar da məhsul seçərkən məhsulun sanitar-gigiyenik tələblərə uyğunluğuna diqqət yetirməlidir: “Açıq havada satılan qida məhsulları qablaşdırılmış məhsullarla müqayisədə ətraf mühitdən gələ biləcək hər hansı təsirə qarşı daha həssas olduğundan istehlakçılar bu məhsulları alarkən diqqətli olmalı, bu növ məhsulların satışı ilə məşğul olanlar isə təmizliyə xüsusi diqqətlə yanaşmalıdır.

Açıq havada qidaların satışı zamanı sanitar-gigiyenik normalara əməl olunmadıqda bu qidalar öz yararlılığını itirə və bu kimi hallar zəhərlənmə ilə nəticələnə bilər.

Hazır qida məhsullarının açıq şəraitdə satışı zamanı məhsullar istehlakçılardan şəffaf vitrinlə ayrılmalıdır.

Əgər qidalanma açıq havada olarsa, onun nəinki mikrobioloji çirklənməsi, hətta yüngül küləyin təsirindən fiziki çirklənməyə məruz qalma riski də artır. Əhalinin kütləvi şəkildə iştirak etdiyi yerlərdə, dayanacaqlarda, səkilərdə, avtomobil hərəkəti olan yerlərdə, heyvan gəzişən ərazilərdə qidaların alınması, satılması riskli və təhlükəlidir”.

Bölmə: Analitika | 19 sentyabr 2018 13:58 | Baxış sayı: 121





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: