BolgeXeber.Com » Dünya » Dünyada hər 5 saniyədə 1 uşaq ölür - SOS

Dünyada hər 5 saniyədə 1 uşaq ölür - SOS

19-09-2018, 14:58
Oxunub: 3 023 Dünyada hər 5 saniyədə 1 uşaq ölür - SOS BMT-nin hesabatına əsasən, ötən il ərzində 15 yaşına çatmayan 6,3 milyon uşaq ölüb

Bu isə hər beş saniyədə bir uşağın öldüyü anlamına gəlir. Onlar su çatışmazlığı, antisanitariya, zəif qidalanma və tibbi xidmətin olmaması səbəbindən ölüblər.

Modern.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı BMT-nin hesabatında məlumat verilib.

Uşaqların çoxu, daha doğrusu, 5,4 milyonu həyatlarının ilk beş ilində ölüblər, həmin uşaqların yarısı isə yeni doğulmuş olub.

“Adi yardım üsulları - dərmanların, təmiz suyun, vaksinasiyanın çatıdırılması ilə uşaq ölümlərin sayını kəskin şəkildə azaltmaq olar”, - UNİCEF-in eksperti Lourens Çendi deyib.

Əgər yaxın vaxtlarda təcili tədbirlər görülməsə, 2018-2030-cu illər ərzində beş yaşdan aşağı 56 milyon uşaq ölə bilər.

Yaşı beşdən aşağı olaraq ölən uşaqların yarısı Afrika ölkələrində qeydə alınır ki, burada hər 13-cü uşaq dünyasını dəyişir.

Bu ölümlərin sayını kifayət qədər azaltmaq olar. Afrikada uşaqların əksəriyyəti doğum zamanı, pnevmaniya, malyariya və digər xəstəliklərdən ölürlər.

Bununla yanaşı, BMT-nin hesabatında bildirilib ki, uşaq ölümləri ilbəil azalır. Belə ki, yaşı beşdən aşağı olan uşaqlar arasında ölüm halları 1990-cı ildə 12,6 milyon idisə, 2017-ci ildə bu rəqəm 5,4 milyon olub.