BolgeXeber.Com » Ölkə » “Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır” - Dini Komitə
“Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır” - Dini Komitə
19-09-2018, 16:08
Oxunub: 4 457
“Bəzi yerlərdə küçələrdə qara bayraqlar asırlar. Heç bilinmir ki, üstünə nə yazılıb. Azərbaycanın dövlət bayrağı var, bayrağımızın üzərində yaşıl rəng İslamın rəmzidir. Ona görə də hər yerdə Azərbaycan bayrağı asılmalıdır. Bunu təbliğ etmək lazımdır”.
Report xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov “Dini mərasimlər: Ənənəvilik və müasirlik” mövzusunda keçirilən konfransda deyib.
A.Cavadov qeyd edib ki, məscidlərdə, küçələrdə Azərbaycanın dövlət bayrağı dalğalanmalıdır: “Bir müddət öncə, rayonların birinə getmişdik, küçələr qara bayrağa bürünmüşdü. Bu nə deməkdir? Bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlar İslam dininin mahiyyətini anlamalıdırlar, bunun üçün də oxumaq vacibdir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə