BolgeXeber.Com » Ölkə » Yol Polisi Aşura ilə bağlı sürücülərə müraciət edib

Yol Polisi Aşura ilə bağlı sürücülərə müraciət edib

19-09-2018, 19:13
Oxunub: 2 406 Yol Polisi Aşura ilə bağlı sürücülərə müraciət edibBakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sentyabrın 20-də baş tutacaq Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Aşura günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq, məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər:

“Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə, məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığındakı avtomobil yolunun hərəkət hissəsində, ikinci və üçüncü cərgədə avtomobil saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar.

Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır.

Oxumağa dəyər: Pentaqon rəhbəri istefaya gedəcəyi barədə xəbəri təkzib edib
Bir qədər kənarda, başqa küçədə, park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı”.

Vaqif Əsədov qeyd edib ki, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edilir.