BolgeXeber.Com » Dünya » İlyas İsmayılovun oğlunu ofisində öldürdülər - Sevil Nuriyevanın əri idi - FOTO

İlyas İsmayılovun oğlunu ofisində öldürdülər - Sevil Nuriyevanın əri idi - FOTO

20-09-2018, 09:31
Oxunub: 3 531 İlyas İsmayılovun oğlunu ofisində öldürdülər - Sevil Nuriyevanın əri idi - FOTOTürkiyədə azərbaycanlı iş adamı, eyni zamanda siyasi analitik Etimad İsmayılov qətlə yetirilib

Bolgexeber.com yenicag.az-a istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib. O, Floryadakı ofisində silahlı hücuma məruz qalıb.

Başından və ürəyindən güllə yarası alan İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Gözəl Dəmirovun axtarışlarına başlanılıb.
Məlumat üçün bildirək ki, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznesi var. Dəmirovun "Fənərbaxça" klubunun sabiq prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

Bir müddət əvvəl mətbuatda belə xəbərlər yayılmışdı ki, G. Gəmirova görə "Palmali" şirkətlər qrupununrəhbəri Mübariz Mənsimovu polis saxlayıb. Çünki G.Dəmirovun ona təşkil etdiyi silah gəzdirmə icazəsi saxta çıxıb.

Qeyd edək ki, mərhum Etimad İsmayılov Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.