BolgeXeber.Com » Xəbərlər » Əri öldürülən Sevil Nuriyeva: “Danışacaq durumda deyiləm”

Əri öldürülən Sevil Nuriyeva: “Danışacaq durumda deyiləm”

20-09-2018, 15:25
Oxunub: 1 606 Əri öldürülən Sevil Nuriyeva: “Danışacaq durumda deyiləm”Xəbər verildiyi kimi, azərbaycanlı iş adamı Etimad İsmayılov bu gecə Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib

Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış telejurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.
Bolgexeber.com xəbər verir ki, teleqraf.com baş vermiş faciə ilə bağlı Sevil Nuriyeva ilə əlaqə saxlayıb.
Telefon zəngimizə ağlayaraq cavab verən Sevil Nuriyeva hazırda danışacaq durumda olmadığını və baş vermiş hadisə ilə bağlı mediaya sonra açıqlama verəcəyini bildirdi.
Qeyd edək ki, Etimad İsmayılov həmvətəni Gözəl Dəmirovtərəfindən odlu silahla qətlə yetirilib. G.Dəmirov saxlanılıb.