BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

21-09-2018, 10:31
Oxunub: 1 635 Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb2018-ci il sentyabr ayının 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

Bolgexeber.com Daxili İşlər Nazirliyindən göndərilən məlumatı təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınmış, onların da 10-u “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılmışdır.