BolgeXeber.Com » Siyasət » Merkel Tereza Meyi pərt etdi (VİDEO)

Merkel Tereza Meyi pərt etdi (VİDEO)

21-09-2018, 16:43
Oxunub: 2 431 Merkel Tereza Meyi pərt etdi (VİDEO)Avstriyanın Zalsburq şəhərində keçirilən Avropa İttifaqı liderlərinin qeyri-rəsmi görüşündə medianın gündəminə düşən hadisə baş verib.

Bolgexeber.com Express-ə istinadən xəbər verir ki, Böyük Britaniya baş naziri Tereza Mey liderlərlə söhbətləşən zaman Almaniya kansleri Angela Merkel gəlir və oradakı dövlət başçıları ilə salamlaşır, lakin Meyə məhəl qoymur.

Qeyd edək ki, "Brexit" prosesinə görə Böyük Britaniya və Aİ münasibətləri gərgindir. Tərəflər Britaniyanın İttifaqı tərk etmə şərtlərində razılığa gələ bilmir. Britaniyanın növbəti ilin 29 martında Aİ-ni tərk etməsi gözlənilir.