BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda 71 nəfəri ilan, 26 nəfəri əqrəb sancıb

Azərbaycanda 71 nəfəri ilan, 26 nəfəri əqrəb sancıb

22-09-2018, 11:36
Oxunub: 5 444 Azərbaycanda 71 nəfəri ilan, 26 nəfəri əqrəb sancıbAprel ayından bu günə qədər ilan sancması ilə bağlı 71 müraciət qeydə alınıb.

Bu barədə AzVision.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

O bildirib ki, bu müddətdə 26 nəfər əqrəb, 18 nəfər qara qurd sancmasına görə mərkəzə müraciət edib.

"İlin əvvəlindən 118 nəfər dəm qazından, 16 nəfər isə sirkə turşusundan zəhərlənmə ilə müraciət edib. Sirkə turşusundan 2 nəfər həyatını itirib. Dəm qazı ilə zəhərlənənlərdən 40 nəfərin, sirkə turşusu ilə müraciət edənlərin isə 80 faizinin vəziyyəti ağır olub. Bundan əlavə ilan sancması ilə müraciət edənlərdən 16 nəfər, əqrəb sancması ilə gələnlərdən 4 nəfər, qaraqurd sancması ilə bağlı 8 nəfərin vəziyyətinin ağır olduğu müşahidə edilib", - deyə A.Maqsudov vurğulayıb.