BolgeXeber.Com » Dünya » İranda hərbi paradda törədilmiş terror aktında ölənlərin sayı 24 nəfərə çatdı

İranda hərbi paradda törədilmiş terror aktında ölənlərin sayı 24 nəfərə çatdı

22-09-2018, 15:00
Oxunub: 3 232 İranda hərbi paradda törədilmiş terror aktında ölənlərin sayı 24 nəfərə çatdıİranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

Məlumatı “PressTV” yayıb.

* * *14:00

İranın Əhvaz şəhərində hərbi parad zamanı 11 nəfərin ölümnə səbəb olan terror aktı ilə bağlı məsuliyyəti "Əl-Əhvaziyə" separatçı qruplaşması öz üzərinə götürüb.

Yerli mətbuat yazır ki, İran Silahlı Qüvvələrinin nümayəndəsi atəş açan bütün şəxslərin zərərsizləşdirildiyini bildirib.

* * *11:59

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zaman törədilən terror nəticəsində ölən hərbçilərin sayı 11-ə çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib.

“Tasnim” agentliyi xəbər verir ki, bunu Əhvaz əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.