BolgeXeber.Com » İdman » "Qarabağ" - "Arsenal" oyununa 10 min bilet satılıb

"Qarabağ" - "Arsenal" oyununa 10 min bilet satılıb

22-09-2018, 15:12
Oxunub: 2 816 "Qarabağ" - "Arsenal" oyununa 10 min bilet satılıbAvropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına satılan bilet sayı açıqlanıb.

Bolgexeber.com Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 10 min bilet sahibini tapıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), İticket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, “Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də keçiriləcək.