BolgeXeber.Com » Bölgə » Tanınmış azərbaycanlı jurnalisti üç kişi ilə hotelə buraxmadılar - FOTO

Tanınmış azərbaycanlı jurnalisti üç kişi ilə hotelə buraxmadılar - FOTO

24-09-2018, 16:34
Oxunub: 4 814 Tanınmış azərbaycanlı jurnalisti üç kişi ilə hotelə buraxmadılar - FOTOTanınmış jurnalist Afət Rahilqızını hotelə buraxmayıblar.

Oxu.Az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

A.Rahilqızı bildirib ki, “Çıxış yolu” proqramının çəkilişi üçün getdikləri rayonda moteldə qalmaq istəyiblər, ancaq buna icazə verilməyib.

“Hər dəfə bölgələrə çəkilişlərə gedəndə hotellərdə maraqlı əhvalatlarla qarşılaşırıq. İki operator, bir sürücü və mən bir həftədir ki, bölgələrdəyik. Bu dəfə də çox yorğun olduğumuzdan mütəmadi olaraq qaldığımız hoteldə deyil, yol kənarında fəaliyyət göstərən moteldə gecələmək istədik.

Qapıda dayanan kişiyə, bizə bir gecəlik iki otaq lazım olduğu söylədim. “Üç kişi və mənəm” demişdim ki, kişi qaşlarını düyünləyib, “gecə vaxtı qadın xeylağını buraxa bilmərəm, gedin, nikah kağızı gətirin”, deyib, bizi geri qaytardı. Və biz yola davam etdik”.

Qeyd edək ki, Azərbaycan qanunlarına görə turistlər hotel və istirahət mərkəzlərinə yerləşəndə nikah kağızı təqdim etmək məcburiyyətində deyil.
Tanınmış azərbaycanlı jurnalisti üç kişi ilə hotelə buraxmadılar - FOTO
Tanınmış azərbaycanlı jurnalisti üç kişi ilə hotelə buraxmadılar - FOTO