“ARB 24”-ün yayımı dayandırılıb
24-09-2018, 16:36
Oxunub: 3 607
Bu gün “ARB 24” telekanalının yayımının dayandırılması və kanalın icraçı direktorunun işdən azad olunması ilə bağlı mediada bəzi məlumatlar dərc olunub.
Məsələ ilə bağlı “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli Oxu.Az-a açıqlama verib:
“Kanalın efir mərkəzinin və yayımının paytaxt Bakıya köçürülməsi ilə əlaqədar olaraq, yayım avadanlıqları üzərində texniki işlər aparılması zərurəti yarandığından “ARB 24” telekanalının Tovuz şəhərindəki yayımı müvəqqəti olaraq dayandırılıb.
“ARB 24” yaxın günlərdə Bakı şəhərində qurulan yeni yayım mərkəzindən efirə çıxacaq. Bu texniki yenilənmələrdən başqa kanalın yayımı və fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Biz yenə də böyük tamaşaçı auditoriyamıza ən yüksək səviyyədə informasiya buraxılışlarını təqdim etməyə davam edəcəyik.
Kanalın icraçı direktoru Nadir Şəfiyevlə bağlı mətbuatda dərc olunan məlumatlarla bağlı isə onu bildirmək istəyirik ki, Nadir Şəfiyev öz xahişi ilə işdən çıxıb. Onun vəzifəsinin icrası isə “ARB 24” kanalının baş redaktoru Radik İsmayılova həvalə olunub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə