BolgeXeber.Com » Şou-Biznes » İlhamənin oğlu kirayə qalırmış

İlhamənin oğlu kirayə qalırmış

27-09-2018, 15:51
Oxunub: 3 583 İlhamənin oğlu kirayə qalırmışMərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov kirayə qalır

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin oğlu “ATV şou” proqramında məlumat verib.

“Sürprizlər çox oldu. Həyat əvvəldən axıra kimi sürprizlərlə doludur. Ən böyük sürpriz indi kirayə qalmağımdır. Bu mövzu ilə bağlı danışmaq istəmirəm, bezmişəm”- deyə O. Nadirov bildirib.

Qeyd edək ki, 2016-ci ildə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulmuşdu. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanmışdı.

Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, xalq artistinin mirası bacıları Gülbahar və İradə Quliyevalara verilmişdi.

Xatırladaq ki, İ.Quliyevanın Mərdəkanda və Buzovnada yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun “İnfiniti” və “Luimizin” markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.