Səbuhi Məmmədli yardım istədi: “Mənə kömək edin, yaşamaq istəyirəm”
27-09-2018, 17:18
Oxunub: 3 314
Tanınmış jurnalist Səbuhi Məmmədli müraciət yayıb
Bolgexeber.com xəbər verir ki, jurnalist səhhətindəki ciddi problemlərin həlli məqsədilə iki cərahiyyə əməliyyatı keçirmək üçün maddi dəstəyə ehtiyac duyduğunu bildirib. O, xeyirxah insanlara müraciətində deyib:
“Əziz dostlar, sevgili həmkarlar, məni tanıyanlar. Bildiyiniz kimi, Ukraynanın Poltava şəhərində şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunarkən qəfil infarkt keçirdim. Ölümün bir addımlığında həkimlər tərəfindən xilas edildim. Ürəyimə stent qoyuldu.
Amma həkimlərin dediyinə görə – aşağıdakı şəkildə aydın göstərilib- ürək damarlarımın biri 85, digəri 70 faiz tutulub. Təcili əməliyyata ehtiyac var. Mən oktyabrın sonunadək yenidən Poltavaya qayıdıb iki əməliyyat keçirməliyəm. Daha iki stent qoyulmalı, qaraciyərin müalicəsini davam etdirməliyəm.
Mənim həyatım da məhz bu əməliyyatlardan və müalicədən asılıdır. Amma maddi vəziyyətim bu əməliyyatları keçirməyə imkan vermir. Sizdən bircə xahişim var. Mənə kömək edin, yaşamaq istəyirəm və inanıram ki, bu sizin sayənizdə olacaq. Öncədən təşəkükr edirəm”.
Səbuhi Məmmədliyə kömək göstərmək istəyənlər aşağıdakı bank hesablarına müraciət edə bilərlər.
Milli ön aparatından
Kapital bank
hesab 4169 7413 0765 5785
Məmmədov Səbuhi Məhəmməd oğlu
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə