BolgeXeber.Com » Siyasət » İlham Əliyev-Paşinyan görüşündə nələr müzakirə edildi? - RƏSMİ BAKI AÇIQLADI

İlham Əliyev-Paşinyan görüşündə nələr müzakirə edildi? - RƏSMİ BAKI AÇIQLADI

29-09-2018, 11:34
Oxunub: 2 627 İlham Əliyev-Paşinyan görüşündə nələr müzakirə edildi? - RƏSMİ BAKI AÇIQLADIDüşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Bolgexeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.