BolgeXeber.Com » Sosial » “Məktəb bufetlərində enerji və qazlı içkilərin satışı təzyiqimiz nəticəsində qadağan olundu”
“Məktəb bufetlərində enerji və qazlı içkilərin satışı təzyiqimiz nəticəsində qadağan olundu”
1-10-2018, 10:09
Oxunub: 2 963
Son zamanlar enerji içkiləri ilə bağlı problem aktuallaşıb
Ekespertlər bununla bağlı həyəcan təbili çalırlar. Məsələn, Amerikada, Avstraliyada, Danimarkada və s. ölkələrdə bu içkilərin satışına qadağa qoyulub.
“Bəzi ölkələrdə əhalinin keşiyində duraraq bu içkiləri qadağan ediblər. Amma Azərbaycanda səhv siyasət var, nə olur olsun biznes inkişaf etsin, istehlakçılardan pul soyan sistem güclənsin”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, onlara da enerji içkiləri ilə bağlı vətəndaşlar tərəfindən müraciətlər kifayət qədərdir:
“Dünən bizim quruma enerji içkiləri ilə bağlı iyirmiyə yaxın telefon zəngi daxil olub. İllərdir biz iş aparırıq ki, insanlarımız bundan uzaq olsunlar. Beş il öncə məktəb bufetlərində enerji və qazlı içkilərin satışı bizim təzyiqimiz nəticəsində qadağan olundu. Bu içkilər insan səhhəti üçün çox zərərlidir, insanlarda aludəçilik yaradır. Azad İstehlakçılar Biriliyi və istehlakçıların hüquqlarını qoruyan qurumlar daim təbliğat aparırlar ki, bu içkilərdən insanlar uzaq olsunlar. Biz bununla bağlı monitorinqlər aparacağıq. Bu içkilərin bəzilərinin üzərində Azərbaycan dilində yazı olmalıdır, amma bu da o demək deyil ki, belə içkiləri içmək olar. “Red bull”un idman yarışlarına sponsorluq etməsinin daim əleyhinə olmuşuq. İdman yarışlarına enerji içkilərinin sponsorluq etməsi düzgün deyil. Bəzi ölkələrdə əhalinin keşiyində duraraq bu içkiləri qadağan ediblər. Amma Azərbaycanda səhv siyasət var, nə olur olsun biznes inkişaf etsin, istehlakçılardan pul soyan sistem güclənsin. Bizdə alıcı hüquqları arxa plandadır”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər