BolgeXeber.Com » İdman » Azərbaycan Ümumdünya Şahmat Olimpiadasında liderliyini davam etdirir

Azərbaycan Ümumdünya Şahmat Olimpiadasında liderliyini davam etdirir

1-10-2018, 08:57
Oxunub: 2 637 Azərbaycan Ümumdünya Şahmat Olimpiadasında liderliyini davam etdirirGürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçirilib.

"Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi isə Latviya ilə üz-üzə gəlib. Hər iki görüşdə komandalarımızın qələbəsi qeydə alınıb.

Çexiya ilə qarşılaşmada Şəhriyar Məmmədyarov və Arkadi Naydiç ağ fiqurlarla qalib gəlib, Teymur Rəcəbov və Rauf Məmmədov qara fiqurlarla heç-heçə ediblər.

Latviya ilə görüşün taleyini isə sonuncu lövhədə Ülviyyə Fətəliyevanın qara fiqurlarla qazandığı qələbə həll edib. Zeynəb Məmmədyarovanın istirahət etdiyi qarşılaşmada Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova heç-heçə edib.

43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur

Kişilər

Azərbaycan - Çexiya - 3:1

Şəhriyar Məmmədyarov - David Navara - 1:0

Teymur Rəcəbov - Viktor Lazniçka - 0,5:0,5

Arkadi Naydiç - Zbinek Qraçek - 1:0

Rauf Məmmədov - İrji Stoçek - 0,5:0,5

Qadınlar

Azərbaycan - Latviya - 2,5:1,5

Günay Məmmədzadə - Laura Roqule - 0,5:0,5

Xanım Balacayeva - İlze Berzina - 0,5:0,5

Gülnar Məmmədova - Linda Krumina - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Elizabete Limanovska - 1:0

Bu nəticələrdən sonra Azərbaycanın kişilərdən ibarət yığması 12 xalla Polşa ilə birgə liderliyini davam etdirir. Qadın millisi isə 10 xalla 7-ci pillədə qərarlaşıb. VII turda rəqiblər müvafiq olaraq, Polşa və İtaliya olacaq.