BolgeXeber.Com » Xəbərlər » Mesajlarımız izlənilir? - Gizli məqamlar üzə çıxır

Mesajlarımız izlənilir? - Gizli məqamlar üzə çıxır

1-10-2018, 15:16
Oxunub: 1 762 Mesajlarımız izlənilir? - Gizli məqamlar üzə çıxırTexnologiyanın həyatımızda qatdığı asanlıq özündə bəzi riskləri də ehtiva edir

Belə ki, bu gün şəxsi olaraq apardığımız danışıqlar, yazışmalar müəyyən proqramlarla izlənilə bilir. Hətta bizim sildiyimiz yazışmalarımız belə müəyyən müddət ərzində bazalarda saxlanılır. Yəni, müəyyən məqamlarda insanların şəxsi həyatlarına müdaxilələr həyata keçirilir.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycanİnternet Forumunun prezidenti Osman Gündüz Metbuat.az-a açıqlamasında bildirib ki, məsələnin qanuni və qeyri-qanuni təfələri var:
"Qanuni tərəfi yazışmların müəyyən qurumlar tərəfindən qanunvericilikdə nəzərdə tutulan şəkildə izlənməsidir. Azərbaycan Respublikasının qanunvericiliyində bir sıra dövlət durumlarının səlahiyələtləri çərçivəsində insanlar izlənilə bilir. Məsələn, cinayətlə bağlı şübhəli göstərilən şəxslə barəsində araşdırma aparılan zaman qanun həmin şəxsin izlənilməsinə icazə verir. Həmin şəxsin "Email”i, sosial şəbəkəsi, həmçinin mesaj və zəngləri izlənilir. Bu, qeyd etdiyim kimi yalnız qanunla tənzimlənir.
Məsələnin qeyri-qanuni tərəfi isə müxtəlif adamlar, təşkilatlar tərəfindən insanların izlənilməsidir. Onlar müxtəlif avadanlıqlardan, proqramlardan istifadə etməklə insanların yazışmalarına müdaxilə edirlər. Hesab edirəm ki, bu, kompüter və avadanlığın normal saxlanmasından asılıdır. Onlar gərək elementar təhlükəsizlik qaydaları və şifrələrdən istifadə etsinlər. Ona görə, burada diqqət yetiriləsi məqam güvənilən proqramdan istifadə olunmasıdır”.
Bəs, silinən mesajlar hanasısa bir bazada qalırmı?
Osman Gündüz əlavə edib ki, bu, sosial media resursunun istifadə etdiyi proqramdan asılıdır:
"Mobil operatorlarda bizim danışdıqlarımız 6 aya kimi qalır. Hansısa bir hadisə zaman istifadə etmək üçün operatorlar bunu qoruyub saxlamağa borcludurlar. Bu, həmçinin sosial media resurslarının rəhbərlərinin siyasətindən də asılıdır. Fikrimcə, yazışmaların müəyyən arxivi saxlanılır”.
(oxu.az)