BolgeXeber.Com » Xəbərlər » Bakıda sərnişin avtobusu qatarla toqquşub, 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Bakıda sərnişin avtobusu qatarla toqquşub, 1 nəfər ölüb, 20 nəfər yaralanıb

1-10-2018, 15:50
Oxunub: 1 768 Bakıda sərnişin avtobusu qatarla toqquşub, 1 nəfər ölüb, 20 nəfər yaralanıbBakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub.

“Report” xəbər verir ki, toqquşma nəticəsində, ümumilikdə, 20 nəfər xəsarət alıb. Onlardan 10-u kişi, 7-si qadın, 3-ü uşaqdır.

Yaralılardan 11 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb, onlardan biri yolda ölüb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib.

Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.