BolgeXeber.Com » İqtisadiyyat » Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıb

Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıb

1-10-2018, 18:27
Oxunub: 2 237 Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıbPrezident İlham Əliyev Kürdəmir rayonunun Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com-un məlumatına görə, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,7 milyon Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.