BolgeXeber.Com » İdman » “Arsenal”ın Bakı proqramı: ən uzun səfər, otel və...

“Arsenal”ın Bakı proqramı: ən uzun səfər, otel və...

2-10-2018, 13:32
Oxunub: 3 263 “Arsenal”ın Bakı proqramı: ən uzun səfər, otel və...Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”la qarşılaşacaq “Arsenal”ı sabah çarter reysi ilə Bakıya gələcək.

Bu haqda Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. London təmsilçisini Bakıya gətirəcək təyyarənin saat 17.00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir.

Qeyd edək ki, bu, “Arsenal”ın 132 illik tarixində ilk ən uzun səfəri (4000 km) olacaq (mənbə: UEFA). İngilisləri gətirən təyyarə təxminən 5 saat yarım havada olacaq.

“Qarabağ” klubundan Qol.az-a bildirilib ki, Bakıya gəldikdən demək olar dərhal sonra “Arsenal” oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda məşqə çıxacaq. Hazırlığın saat 18.30-da başlaması nəzərdə tutulub. Məşqin ilk 15 dəqiqəsi media və azarkeşlər üçün açıq olacaq. Yeri gəlmişkən, London klubunun baş məşqçisi Unai Emerinin mətbuat konfransı sabah saat 18.00-da başlanacaq.

“Arsenal” Bakıda harada qalacaq?

“Qarabağ”ın mətbuat xidmətindən bildirilib ki, London təmsilçisi Bakının mərkəzindəki 5 ulduzlu “Hilton” otelində məskunlaşacaq. Oyundan sonra komanda Ingiltərəyə qayıdacaq.

Klubdan əlavə ediblər ki, İngiltərə təmsilçisi öz azarkeşlərinə satmaq üçün “Qarabağ”dan 700 bilet sifariş edib. Satılan biletin pulu qarşılıqlı razılaşmaya əsasən, “Qarabağ”a ödəniləcək. Ayrılan biletin necəsinin satılması haqda isə hələlik “Qarabağ” klubunda məlumat yoxdur.

“Qarabağ” klubunun yaydığı xəbərə görə, dünən axşama olan məlumata əsasən, Azərbaycanda isə qarşıdakı görüşə artıq 48 min bilet satılıb.

Xatırladaq ki, “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun 20.55-də başlanacaq.