BolgeXeber.Com » İqtisadiyyat » Yol tikintisinə 4,2 milyon manat ayrıldı - SƏRƏNCAM

Yol tikintisinə 4,2 milyon manat ayrıldı - SƏRƏNCAM

2-10-2018, 19:05
Oxunub: 2 562 Yol tikintisinə 4,2 milyon manat ayrıldı - SƏRƏNCAMPrezident İlham Əliyev Salyan rayonunun Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com -un məlumatına görə, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.