BolgeXeber.Com » İdman » Çempionlar Liqasında gecənin nəticələri

Çempionlar Liqasında gecənin nəticələri

3-10-2018, 09:53
Oxunub: 3 104 Çempionlar Liqasında gecənin nəticələriÇempionlar Liqasında qrup mərhələsinin ilk oyun günündə daha 6 görüş keçirilib.

Qaynarinfo xəbər verir ki, qarşılaşmalardan yarısı məhsuldarlığı ilə diqqət çəkib.

Portuqaliya "Benfika"sı Yunanıstanda AEK-ə 3:2, "Roma" İtaliyada Çexiya "Viktoriya"sına 5:0 hesabı ilə qalib gəlib. "Lion" isə Fransada Ukrayna "Şaxtyor"una məğlubiyyətdən qurtulub - 2:2. "Bavariya" Almaniyada Hollandiya "Ayaks"ı ilə 1:1, "Mançester Yunayted" İngiltərədə İspaniya "Valensiya"sı ilə 0:0 hesablı heç-heçə edib.

Gecənin sensasiyası isə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb. ÇSKA Çempionlar Liqasının son 3 mövsümdəki qalibi İspaniya "Real"ını məğlubiyyətə uğradıb. Artıq 2-ci dəqiqədə Nikola Vlaşiçin vurduğu qol oyunda yeganə olub - 1:0. Uzatma dəqiqələrində ÇSKA-nın qapıçısı İqor Akinfeyev baş hakimlə mübahisə etdiyi üçün qırmızı vərəqə alıb.

Daha əvvəl "Yuventus" İtaliyada İsveçrə "Yanq Boyz"unu 3:0 hesabı ilə darmadağın edib. İngiltərənin "Mançester Siti" komandası isə Almaniyada "Hoffenhaym"a qalib gəlib - 2:1.

Çempionlar Liqası
II tur, 2 oktyabr

E qrupu
AEK (Afina, Yunanıstan) - "Benfika" (Portuqaliya) 2:3
Qollar: Viktor Klonaridis, 53; 63 - Haris Seferoviç, 6; Aleks Qrimaldo, 15. Alfa Semedo, 74

"Bavariya" (Münhen, Almaniya) - "Ayaks" (Hollandiya) 1:1
Qollar: Mats Hummels, 4 - Nussair Mazraui, 22

F qrupu
"Hoffenhaym" (Almaniya) - "Mançester Siti" (İngiltərə) 1:2
Qollar: İshak Belfodil, 1 - Serxio Aqüero, 8. David Silva, 87

"Lion" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:2
Qollar: Mussa Dembele, 70. Leo Dubua, 72 - Junior Moraes, 45; 55

G qrupu
ÇSKA (Rusiya) - "Real" (İspaniya) 1:0
Qol: Nikola Vlaşiç, 2
Qırmızı vərəqə: İqor Akinfeyev, 90+5 (MOİK)

"Roma" (İtaliya) - "Viktoriya" (Çexiya) 5:0
Qollar: Edin Ceko, 3; 40; 90+2. Cengiz Ünder, 64. Castin Klüvert, 73

H qrupu
"Yuventus" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) 3:0
Qollar: Paulo Dibala, 5; 33; 69

"Mançester Yunayted" (İngiltərə) - "Valensiya" (İspaniya) 0:0