BolgeXeber.Com » Siyasət » Rusiya 31 ölkəni təhdid etdi

Rusiya 31 ölkəni təhdid etdi

4-10-2018, 10:12
Oxunub: 2 118 Rusiya 31 ölkəni təhdid etdiRusiya rəhbərliyi NATO-nun "Trident Juncture 2018" hərbi təliminə reaksiya verib

FaktXəbər bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yazılı bəyanatla çıxış edib.

Zaxarova NATO-nun oktyabrın sonunda Rusiya ilə sərhəddə keçirəcəyi hərbi təlimə sərt etiraz edib: "Norveçin ABŞ dəniz qüvvələrinə məxsus əsgərləri öz ərazisinə yerləşdirilməsini dost olmayan addım kimi səciyyələndiririk. NATO-nun bütün bu hazırlıqlarına göz yumula bilməz. Rusiya təhlükəsizliyini təmin etmək üçün lazım olan tədbirləri görəcək".

Qeyd edək ki, NATO-nun "Trident Juncture 2018" hərbi təlimi Norveçdə 25 oktyabrda başlayacaq. Təlimə 31 ölkədən təxminən 45 min əsgər, 150 təyyarə, 60 gəmi ilə 10 mindən texnika cəlb olunacaq.