loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Deputat: "Elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur"

Deputat: "Elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur"O qeyd edib ki, jurnalistlər Milli Məclis komitələrinin hesabatları ilə yaxından tanış olmalıdırlar

“Bəzən mətbuatda yazırlar ki, deputatlar ayda bir-iki dəfə yığışır, iş görmürlər. Amma biz çalışırıq. Məsələn, parlamentin İnsan hüquqları komitəsi hesabatını təqdim etdi. Özünüz də gördünüz ki, nə qədər iş görülüb. Təkcə Milli Məclisin sədri Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər. Bəzən bunu jurnalistlər görmürlər. Onlar elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur. İşimiz bundan ibarət deyil. Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov deyib.

O qeyd edib ki, jurnalistlər Milli Məclis komitələrinin hesabatları ilə yaxından tanış olmalıdırlar: “O zaman həqiqəti biləcəklər. Mən öz işimlə bağlı danışıram. Daim seçicilərlə işləyirəm. Hərdən görürəm ki, Milli Məclisin qarşısında insanlar gəlib, onlardan soruşurlar ki, deputat Hadi Rəcəblinin qəbuluna gəlmisiniz? Deyirlər, yox, yəhudi deputatla görüşmək istəyirik. Bu, mənə də xoşdur, həm də o deməkdir ki, biz işləyirik”.
Bölmə: Müsahibə-Reportaj | 03 oktyabr 2018 13:39 | Baxış sayı: 62





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: