BolgeXeber.Com » Gündəm » Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 20 günə 998 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 20 günə 998 müraciət daxil olub

14-03-2011, 16:15
Oxunub: 6 682
Onların çox hissəsi şikayət xarakterlidir

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64) daxil olan müraciətlərin sayı açıqlanıb. Nazirliyin rəsmi saytında yer alan məlumata görə, fevralın 23-dən martın 14-nə kimi xidmətə 998 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 460-ı şikayət xarakterli, 326-ı sorğu, 115-i əsassız müraciətlər, 97-si isə aidiyyəti üzrə deyil.

Səhiyyə Nazirliyi bildirir ki, “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.