BolgeXeber.Com » Xəbərlər » Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı sərəncam imzalayıb
3-10-2018, 18:38
Oxunub: 2 948
Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir. Burada salınmış Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar və digər qədim məhəllələr, IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, su və kanalizasiya şəbəkələri, hamam, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çinar ağacı kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Basqalda ipəkçilik, dəmirçilik kimi sənətlər əhalinin əsas məşğuliyyəti olub. Burada hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraq doğurub.
1989-cu ildə yaradılmış “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı ilə bağlı son dövrdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən qəsəbə təbii qazla təmin olunub, Basqal çayı üzərində yeni körpü tikilib, abadlıq işləri görülüb, qədim küçələr qismən çay daşı ilə döşənib, bulaqlarda müəyyən bərpa işləri aparılıb.
Bununla belə, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, mühəndis-kommunikasiya təminatı sistemlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqətin yetirilməsi zərurəti yaranıb.
Azərbaycan Dövlət Turizm Agentliyinə tapşırılır ki, bir ay müddətində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etsin.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə