BolgeXeber.Com » Xəbərlər » “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb
“Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb
4-10-2018, 15:42
Oxunub: 2 381
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, faktl üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Baş prokurorun təqdimatı əsasında “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub. Hazırda həmin müəssisədə müvafiq yoxlamalar aparılır.
E.Sultanov əlavə edib ki, Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər