BolgeXeber.Com » Şou-Biznes » Əri ola-ola min hoqqadan çıxan qadınların sayı çoxalıb

Əri ola-ola min hoqqadan çıxan qadınların sayı çoxalıb

4-10-2018, 16:54
Oxunub: 5 902 Əri ola-ola min hoqqadan çıxan qadınların sayı çoxalıbMüğənni Səidə Sultan sosial şəbəkədə tənqidi status yazıb

Müğənni Səidə Sultan şou əhlini tənqid edib.

Musavat.com xəbər verir ki, ifaçı bayağı musiqiləri təbliğ edənləri tənqid edib: “Biz bu gedişlə hara gedirik? İnsanlar aqressivləşib, İnstaqrama girmək olmur, adam iyrənir. Doğmasına əl atanlarla bağlı xəbərlərlə tez-tez rastlaşırıq. Müqəddəs yerini qorumayan kişiciklərin sayı çoxalıb. Çoxları da yerini bilmir, həddini aşır. Onlara da yerlərini göstərməyib, dəstək verənlərin sayı çoxalıb. Avtobuslarda yer üstündə bir-birini “didən” insanlar, dərman atıb kayfa düşən taksi, avtobus sürücüləri çoxalıb. Boş-boş, mənasız, maraqsız söhbətlər, yazılar çoxalıb. Kişilərin qadınların haqqını əzməyi artıb.

Musiqimizi də zövqsüz edib, insanların zövqünü pozan mügənnilərin sayı çoxalıb. Özünə qiymət qoyub özünü satan qadınlar, pula görə şərəfini, mənliyini satanlar çoxalıb. Pul naminə İnstaqramda kökü bəlli olmayan insanların reklamını yayanların sayı çoxalıb.

Hamı nə isə sübut edirmiş kimi, xalqa özlərini adam kimi sırıyan şou əhlinin sayı çoxalıb. Allahı unudub caduda təsəlli tapanlar çoxalıb. Mədəniyyətsiz insanlar, özlərindən xəbəri olmayan, ona-buna söz atan, haqqına girən şərəfsizlərin sayı çoxalib. Əri ola-ola min hoqqadan çıxan qadınların sayı çoxalıb”.