BolgeXeber.Com » Xəbərlər » Nazir Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək

Nazir Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək

4-10-2018, 16:56
Oxunub: 2 719 Nazir Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcəkAzərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il oktyabr ayının 27-də saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.