BolgeXeber.Com » Siyasət » Leyla Abdullayeva XİN-ə mətbuat katibi təyin edildi

Leyla Abdullayeva XİN-ə mətbuat katibi təyin edildi

5-10-2018, 09:37
Oxunub: 2 363 Leyla Abdullayeva XİN-ə mətbuat katibi təyin edildiXarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

Bolgexeber.com Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin olunub.
L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Naziriyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.