“Feysbuk hesabımı özüm idarə edirəm” - Miqrasiya Xidmətinin rəisi
5-10-2018, 15:07
Oxunub: 3 892
“Feysbuk hesabımı özüm idarə edirəm. Ola bilər ki, müəyyən mesajlara, şərhlərə cavab gecikə bilər. Amma mümkün olduğu qədər bütün müraciət və məktubları oxuyuram”.
“Qafqazinfo” xəbər verir bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "ASAN Radio"nun efirində deyib:
“Sosial şəbəkələrdəki fəallığım indi qismən azalıb, amma ümumən, millət vəkili olduğum dönəmdə də, hər hansı məlumatları və yenilikləri paylaşıram. İndi də imkan olduqca, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı məlumatlanmanı artırmaq üçün sosial şəbəkədən istifadə edirəm. Çünki orda müəyyən izləyici kütləm formalaşıb. Hesab edirəm ki, bu, çox effektiv metoddur. Orada yer alan sualları da cavablandırırıq. Vətəndaşlar hər hansı narahatlıqlarını, təkliflərini birbaşa göndərə də bilirlər. Bu baxımdan səmərəsini hiss edirəm.
Əgər müraciət bizim xidmətin fəaliyyəti ilə bağlıdırsa, bizim əməkdaşlara yönləndirirəm və çalışıram cavabsız qalmasın. Cavablandırmadığım müraciətlərə görə də dinləyicilərdən üzr istəyirəm. Qətiyyən bunu diqqətsizlik hesab etməsinlər, iş yükü ilə bağlı məsələdir”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər