BolgeXeber.Com » Siyasət » Ərdoğan: Türkiyə kiminsə qarşısında baş əyməz

Ərdoğan: Türkiyə kiminsə qarşısında baş əyməz

6-10-2018, 18:45
Oxunub: 2 309 Ərdoğan: Türkiyə kiminsə qarşısında baş əyməzTürkiyə kiminsə qarşısında baş əyməyəcək.

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim partiyanın tədbirində çıxış edərkən deyib.

O bildirib ki, Türkiyə öz xalqını təmənna güdənlərlə üz-üzə buraxmayacaq.

Ərdoğan qeyd edib ki, istənilən böhran çoxlu sayda imkan açır.

“Valyuta məzənnələrinin qəflət artımını yalnız iqtisadi amillərlə izah etmək mümkün deyil. Bunu deyərkən, məsuliyyətdən boyun qaçırmırıq, sadəcə faktları sadalayırıq”, – deyə o vurğulayıb.

Türkiyənin öz borclarına məsuliyyətlə yanaşdığını deyən Ərdoğan bu amildən Ankaraya təzyiq vasitəsi kimi istifadə etməməyə çağırıb. O qeyd edib ki, heç kim yenidən Türkiyəni beynəlxalq təşkilatlardan asılı vəziyyətə sala bilməz.