BolgeXeber.Com » Müsahibə-Reportaj » Deputatdan Rüfət Aslanlıya ağır sözlər: "65 min maaş alır, adına çaxır buraxır"

Deputatdan Rüfət Aslanlıya ağır sözlər: "65 min maaş alır, adına çaxır buraxır"

8-10-2018, 12:28
Oxunub: 4 708 Deputatdan Rüfət Aslanlıya ağır sözlər: "65 min maaş alır, adına çaxır buraxır"Deputat Vahid Əhmədov parlamentin bu gün keçiriləın iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib

Bolgexeber.com "qafqazinfo”ya istinadən məlumatına görə, iclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edildi:

"Vaxtında biz palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar əleyhimizə çıxış etdilər. Biz haqlı idik. Bu Palata iki ildir fəaliyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alişovla bağlıdır. Elə vaxt olur ki, həftədə 2-3 dəfə İbrahimlə danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına çaxır buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsa, normal işləyər”.