BolgeXeber.Com » Dünya » Ukraynada hərbi anbarda partlayış - VİDEO

Ukraynada hərbi anbarda partlayış - VİDEO

9-10-2018, 10:12
Oxunub: 2 858 Ukraynada hərbi anbarda partlayış - VİDEOUkraynanın Çerniqov yaxınlığındakı hərbi anbarda partlayış baş verib.

Bununla bağlı Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Hadisə İçnya şəhərinin yaxınlığında, yerli vaxtla 03:00-da baş verib.

Partlayışın miqyası müəyyənləşdirilir. Vilayətin bütün ərazisi və Rusiya sərhədi boyunca məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

20 kilometr radiusda bütün qatar və avtomobillərin hərəkəti dayandırılıb. Hava məkanı bağlanıb.

Məlumatlara görə, 10 minə yaxın insan təhlükəli bölgədən təxliyyə edilib.(oxu.az)