BolgeXeber.Com » Dünya » Rusiyada körpü qatarın üstünə aşdı - VİDEO

Rusiyada körpü qatarın üstünə aşdı - VİDEO

9-10-2018, 11:01
Oxunub: 2 508 Rusiyada körpü qatarın üstünə aşdı - VİDEORusiyanın Amur vilayətinin Svobodnıy şəhərinin dəmiryolu stansiyasında körpü aşıb.

Rusiyanın Amur vilayətinin Svobodnı şəhərində dəmir yolları üzərindən keçən avtomobil körpüsünün bir hissəsi uçub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Amur vilayəti üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

“Zabaykal Dəmir Yollarının Mixaylo-Çesnokovski küçəsindən keçən dəmir yolu xətti üzərindəki körpünün iki gözü uçub. İlkin məlumata görə, hadisə zamanı körpüdən yük maşını keçib, sürücüsü xəstəxanaya çatdırılıb”, — deyə məlumatda bildirilir.

Hadisə yerinə psixoloqlar, yanğınsöndürənlər və xilasedicilər, prokurorluq və polis əməkdaşları cəlb olunub.