Nəşriyyatda saatlı bomba həyəcanı
16-03-2011, 12:30
Oxunub: 4 318
Binanın 3-cü mərtəbəsindən partlayışla bağlı kağız tapılıb
Martın 15-də Bakıda növbəti bomba həyəcanı yaşanıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Yasamal rayonu ərazisində yerləşən “Azərbaycan” nəşriyyatının binasında partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.
Nəşriyyatın 3-cü mərtəbəsində yerləşən çap sexindəki makinanın arxasından qaiməyə yazılı halda bildiriş tapılıb. Burada qeyd olunur: “3 gün ərzində nəşriyyat yerlə-yeksan olacaq. Saatlı bomba işə düşüb və saat 00:00-da partlayacaq”.
Dərhal məsələ ilə bağlı “Azərbaycan” nəşriyyatının mühafizəçiləri məlumatlandırılıb. Onlar da öz növbələrində ərazi üzrə 28-ci Polis Bölməsinə məlumat veriblər. Daha sonra isə hüquq-mühafizə orqanlarının nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Xilasedicilər üçüncü və digər mərtəbələri yoxlasalar da, hər hansı saatlı bomba və ya digər partlayıcı aşkarlamayıblar.
Məsələ ilə bağlı “Azərbaycan” nəşriyyatı ilə də əlaqə saxladıq. Nəşriyyatın direktorunun köməkçisi Səbuhi Quliyev Lent.az-a açıqlamasında faktı təsdiqlədi. O bildirdi ki, martın 15-də tapılan qaimə ilə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb və nəşriyyatda aparılan axtarışlar nəticəsində heç bir partlayıcı tapılmayıb. S.Quliyev həmçinin bildirdi ki, artıq bütün şübhələrə son qoyulub və iş öz axarında davam edir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər