BolgeXeber.Com » Xəbərlər » BDYPİ-nin rəsmisi:"Dövlət rüsumundan başqa pul alınması haqqında məlumatlar həqiqətə uyğun deyil"

BDYPİ-nin rəsmisi:"Dövlət rüsumundan başqa pul alınması haqqında məlumatlar həqiqətə uyğun deyil"

10-10-2018, 18:15
Oxunub: 2 219 BDYPİ-nin rəsmisi:"Dövlət rüsumundan başqa pul alınması haqqında məlumatlar həqiqətə uyğun deyil""Sürücülər qeyd ediblər ki,onlar dövlət rüsumunu köçürüb rahat şəkildə maşınlarını qeydiyyata salırlar"

Dünən bəzi mətbu orqanlarda guya Baş Dövlət Yol Polis İdarəsinin qeydiyyat-imtahan şöbəsində dövlət rüsumundan başqa sürücülərdən əlavə pul alınması haqda məlumat yayılıb. Baş Dövlət Yol Polis İdarəsinin qeydiyyat- İmtahan şöbəsinin rəsmisi Bolgexeber.com-a açıqlamasında bildirdi ki,yazılanlar həqiqətə uyğun deyil və tamamilə yanlış məlumatdır.Əməkdaşımız həmçinin ərazidə bir neçə sürücü ilə söhbət edib. Avtomobil sahibləri müxbirimizə bildiriblər ki,onlar Baş Dövlət Yol Polis İdarəsinin qeydiyyat-imtahan şöbəsində heç bir qanunsuzluqla qarşılaşmayıblar və orada hər şey şəffafdır.Sürücülər qeyd ediblər ki,onlar dövlət rüsumunu köçürüb rahat şəkildə maşınlarını qeydiyyata salırlar.