loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanlı müğənni türk pop starı Yıldız Tilbəyə cadu edib?-ŞOK!

Azərbaycanlı müğənni türk pop starı Yıldız Tilbəyə cadu edib?-ŞOK!İstedadı, musiqi duyumu, səs tembri ilə bir çox azərbaycanlı müğənnini qısqandıran milyonların sevimlisi Yıldız Tilbənin Azərbaycan şou-biznesi tərəfindən sevilmədiyi son günlər müzakirə mövzusudur.

AFN xəbər verir ki, hətta xüsusi səs və vizual effektlərlə tamaşaçı zövqü korlamaqla məşğul olan bir neçə müğənninin türk pop starı Yıldız Tilbəyə qarşı el şənliklərində əks- təbliğat apardığı haqda söhbətlər dolaşır.

Xüsusi mənbələrdən alınan məlumata görə, türk müğənninin Bakıda konsertinin baş tutmaması üçün hətta batil inanclara müraciət edən məşhurlarımız da var. Belə ki, yaxın günlərdə müğənninin Bakıda baş tutacaq konsertinə mane olmaq üçün yerli müğənnilərimizdən birinin cadu etdirdiyi deyilir.

Bütün səylərə baxmayaraq, Yıldız Tilbə Azərbaycana gəlməkdə israrlı olduğunu, Azərbaycanı və Azərbaycandakı pərəstişkarlarını çox sevdiyini bildirir. Onun azərbaycanlı pərəstişkarları qarşısında konsert verməsinə mane olmağa çalışan həmkarının adını tədbirdə açıqlayacağı bildirilir.

Qeyd edək ki, sevilən müğənninin gözlənilən konsertinə biletlər şəhərimizin kassalarında və iticket.az saytından onlayn satılır. Türkiyənin Çizgim Event-Noya Yapım şirkətinin təşkilatçılığı ilə 13 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq konsertə Bakıda da böyük maraq var. İlk dəfə Azərbaycana gələn müğənni Bakı Kongres Mərkəzində təşkil olunacaq konsertdə ifası üçün xüsusən həyəcanlıdır.
Bölmə: Şou-Biznes | 11 oktyabr 2018 15:41 | Baxış sayı: 67





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: