BMT: son 20 ildə təbii fəlakətlər 1,3 milyon insanın həyatına son qoyub
11-10-2018, 16:26
Oxunub: 3 333
Son 20 ildə dünyada baş verən təbii fəlakətlər 1,3 milyon insanın ölümünə səbəb olub və 2,9 trilyon dollardan çox maddi zərər vurub.
Bolgexeber.com bildirir ki, bu məlumatlar BMT-nin təbii fəlakətlərin təhlükəsinin azaldılması üzrə idarəsinin oktyabrın 10-da dərc edilmiş məruzəsində əksini tapıb. İdarənin məlumatına görə, 1998-ci ildən 2017-ci ilədək olan dövrdə təbii fəlakətlər səbəbindən dünya bazarlarının maliyyə itkiləri 251 faiz artıb.
Kataklizmlərdən zərər çəkmiş ölkələr 2 trilyon 908 milyard dollardan məhrum olublar. Təbii fəlakətlər ən çox ABŞ-a (994,8 milyard dollar), Çinə (492,2 milyard), Yaponiyaya (376,3 milyard) və Hindistana (79,5 milyard) ziyan vurub. Avropa ölkələri arasında daşqın, fırtına və zəlzələlər nəticəsində ən çox maddi itkiyə Almaniya (57,9 milyard dollar), İtaliya (56,6 milyard) və Fransa (48,3 milyard) məruz qalıb.
Ümumilikdə 20 il ərzində dünyada 7225 böyük təbii fəlakət baş verib və onların əksəriyyəti hava ilə bağlı olub. Həlak olan insanların yarıdan çoxu həyatını zəlzələlər zamanı itirib. Daha 4,4 milyard nəfər isə kataklizmlərdən müxtəlif şəkildə zərər çəkib - yaralanıb, evini itirib, məcburi köçkünə çevrilib, yaxud köməyə ehtiyac duyub.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər