loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Aydın Xırdalanlı aparıcı Nanənin iç üzünü açdı: "Utanmaz-utanmaz..."

Aydın Xırdalanlı aparıcı Nanənin iç üzünü açdı: "Utanmaz-utanmaz..."Bir neçə gün öncə ATV telekenalında yayımlanan “ATV şou” verilişində qonaq olan meyxanaçı Aydın Xırdalanlı şouda baş verən qalmaqalla bağlı açıqlama verib.

Bu barədə danışan meyxanaçı verilişdə ona qarşı edilən hörmətsizlikdən söz açıb. Proqramın çəkiliş komandasından və aparıcı Nanədən şikayətlənən A. Xırdalanlı efiri tərk etməsinə aydınlıq gətirib.

“Verilişdə mənə dedilər ki, Elza Seyidcahanın şeirlərindən meyxanalar deyəcəyik. Bu məni ələ salmaq idi. Baxırsan, şeirlər heç əruza yaxın deyil. Bir qafiyəni yola verdim. Sonra narazılıq elədim. Bir az gözlədim. Bildim mənə imkan verməyəcəklər danışmağa. Buna görə verilişdən çıxıb getdim. Arxamca nələr danışmadılar ki?! Birincisi, deyərlər, işi var idi, getdi. Uzaq başı yüngülvari deyərlər özünü pis hiss elədi. Nanə xanım iki dəqiqədənbir bir deyir ki, Aydınla əlaqə yarada bilmirik . Vəziyyəti pisləşib. Anam da efirdə baxıb narahat olub. Hələ bir səhəri gün mənə zəng edib utanmaz-utanmaz müsahibə almaq istədiklərini deyirlər. Məndə imtina etdim”.

Qeyd edək ki, verilişdə qonaq olan meyxanaçılar müğənni, bəstəkar Elza Seyidacahanının şeirlərinə uyğun meyxana deməli olublar. Lakin Elzanın şeirlərinə meyxana demək Aydın Xırdalanlının xoşuna gəlməyib. O, buna görə, həmkarlarına və verilişin aparıcısı Nanə Ağamalıyevaya etiraz edib.

Aydın Xırdalanlının A24.Az-a verdiyi geniş müsahibəni tezliklə təqdim edəcəyik.

Bölmə: Xəbərlər | 11 oktyabr 2018 16:37 | Baxış sayı: 63





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: