BolgeXeber.Com » Xəbərlər » Prezident İlham Əliyev Qubada 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat ayırıb

Prezident İlham Əliyev Qubada 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat ayırıb

11-10-2018, 18:18
Oxunub: 1 855 Prezident İlham Əliyev Qubada 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat ayırıbAzərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb

Bolgexeber.com xəbər verir ki, Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.