BolgeXeber.Com » İdman » Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb-VİDEO

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb-VİDEO

12-10-2018, 09:29
Oxunub: 2 919 Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb-VİDEOFutbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

"Report"un Torshavn şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, III turda "Torsvollur" stadionunda Farer adaları yığması ilə qarşılaşan milli komanda rəqibi 3:0 hesabı ilə məğlub edib.

Matçda qolları 28-ci və 86-cı dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov vurub.

Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanaraq, xallarının sayını 5-ə çatdırıb. Lakin bu qalibiyyət D Liqasının 3-cü qrupunda liderliyə yüksəlməyə yetməyib. Çünki qrupun paralel keçən qarşılaşmasında Kosovo Maltaya 3:1 hesabı ilə qalib gələrək, xallarını 7-yə çatdırıb. Bununla belə, 3 xalı olan Farer adalarını geridə qoyaraq, 2-ci pilləyə yüksəlmək mümkün olub. Sonuncu pillədəki Maltanın isə cəmi 1 xalı var.