BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda hündür yerdən dənizə baş vuran kişinin boynu qırılıb

Sumqayıtda hündür yerdən dənizə baş vuran kişinin boynu qırılıb

12-10-2018, 11:33
Oxunub: 1 950 Sumqayıtda hündür yerdən dənizə baş vuran kişinin boynu qırılıbSumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və “Damba” adlanan əraziyə gələrək suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticəsə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Hər 3 dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

Faktla bağlı araşdırma aparılır.