BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12-10-2018, 12:51
Oxunub: 1 884 Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb2018-ci il oktyabr ayının 11-dan 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

Bolgexeber.com Daxili İşlər Nazirliyinin məlumatını təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 15 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılmışdır.