BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda 4 tələbə dönərdən zəhərlənib

Sumqayıtda 4 tələbə dönərdən zəhərlənib

12-10-2018, 16:34
Oxunub: 2 492 Sumqayıtda 4 tələbə dönərdən zəhərlənibSumqayıt şəhərində kütləvi zəhərlənmə olub.

“Report” xəbər verir ki, Sumqayıt Musiqi Kollecinin tələbələri - 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.