loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Qərar verildi: Həbib və Makqreqor idmandan uzaqlaşdırıldı

Qərar verildi: Həbib və Makqreqor idmandan uzaqlaşdırıldıNevada ştatının Atletik komissiyası qarışıq döyüş növləri üzrə döyüşən dağıstanlı idmançı Həbib Nurməhəmmədovu və rəqibi irland Konor Makreqoru müvəqqəti olaraq idmandan uzaqlaşdırıb.

Sfera.az xəbər verir ki, komissiya 7 oktyabrda baş tutan döyüşdən sonra Nurməhəmmədovun oktaqondan çölə tullanmasını və Makqreqorun tərəfdarı Dillon Devisə hücum etməsi ilə başlayan kütləvi davanı araşdıracaq.

Diskvalifikasiya müddəti 10 gün olacaq və 15 oktyabrdan etibarən hesablanacaq. İdmançıların işi ilə bağlı dinləmə 24 oktyabrda keçiriləcək. Dinləmə zamanı Nevada ştatı Atletik komissiyası idmançıları istintaq müddətində idmandan uzaqlaşdırmaqla bağlı qərar qəbul edəcək.

Qeyd edək ki, Həbib Nurməhəmmədov "İnstagram” səhifəsində UFC-nin tərəflərdən yalnız onun komandasına cəza tətbiq etməsi, Konor Makqreqorun isə cəzasız qalması ilə bağlı etiraz etmişdi.
Bölmə: İdman | 12 oktyabr 2018 16:35 | Baxış sayı: 55





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: