BolgeXeber.Com » Xəbərlər » Sərnişinlərin həyatı ilə oynayan avtobus sürücüsü - VİDEO

Sərnişinlərin həyatı ilə oynayan avtobus sürücüsü - VİDEO

13-10-2018, 09:38
Oxunub: 1 728 Sərnişinlərin həyatı ilə oynayan avtobus sürücüsü - VİDEODaha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb

Bolgexeber.com xəbər verir ki, Bakıda fəaliyyət göstərən 39 saylı marşrut avtobusunun sürücüsü bir əlində telefon, digər əlində isə sükanı tutaraq avtobusu idarə edib.

Sərnişinlərin həyatını təhlükəyə atan bu sürücü hər an qəza törədə bilərdi. Söhbət paytaxtın Yasamal rayonu "Qismət" şadlıq sarayının qarşısından metronun "Elmlər akademiyası" stansiyası istiqamətinə hərəkət edən 39 saylı marşrut avtobusundan gedir.

Kadrlar avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilərək "Xəzər xəbər"in “WhatsApp” nömrəsinə göndərilib. Görüntülərə diqqət etdikdə avtobus sürücüsünün ciddi qanun pozuntusuna yol verdiyini görmək olur. Belə vəziyyətdə başı telefona qarışan sürücü hər an qəza törədə, sərnişinlərin ölməsi və xəsarət alması ilə nəticələnən hadisənin baş verməsinə səbəb ola bilər.

"Yol hərəkəti haqqında" qanuna görə isə, sürücünü avtobusu idarə edərkən əlində telefon tutmaqla istifadəyə görə 50 manat miqdarında cərimə gözləyir.