BolgeXeber.Com » Ölkə » Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı

Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı

13-10-2018, 16:43
Oxunub: 2 785 Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldıAzərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin ediblər.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildiriblər.

Qeyd olunub ki, DGK-nın Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus "Mercedes-Benz E 220" markalı avtomobil saxlanılıb.

2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub.

Araşdırma aparılarkən məlum olub ki, "Mercedes-Benz E 220" markalı avtomobil Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən "Sixt Gmbh & Co" kirayə şirkətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.
Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı